Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdi

10 May 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib. 

 

Öncə Komitə sədri Anar Quliyev və digər əməkdaşlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 

Yubiley mərasimində Komitə sədri Anar Quliyev qonaqları salamlayaraq müstəqil Azərbaycanın qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan və dövlətçilik fəaliyyətindən, Azərbaycanda şəhərsalma və memarlığın inkişafındakı əvəzsiz töhfəsindən söz açıb. O, çıxışında misilsiz xidmətləri ilə əbədilik qazanan Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildirib. Qeyd olunub ki, zəngin siyasi irsə, təcrübəyə malik olan Ulu Öndərin banisi olduğu dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən ölkəmizin inkişafı istiqamətində davam etdirilir.

 

Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyevin “Heydər Əliyev və Azərbaycanda tikinti kompleksinin inkişafı” adlı kitabı təqdim olunub. Kitabda 1960-cı illərdə dərin böhran keçirən ölkə iqtisadiyyatı, o cümlədən tikinti sektoru və onun maddi-texniki bazasının 1969-1982-ci illər ərzində görülən tədbirlər nəticəsində sürətlə inkişaf etdirilməsi, şəhər və rayonlarda mühüm sənaye, sosial, mədəni, xidmət obyektlərinin vaxtlı-vaxtında tikilib istifadəyə verilməsi, ölkə iqtisadiyyatının inkişafından bəhs edilib. Eyni zamanda, Komitə sədri və rəhbər şəxslərin müxtəlif illərdə Ulu Öndərin rəhbərliyi altında çalışmış, kitabın hazırlanmasına öz dəyərli töhfələrini vermiş bir qrup ziyalılarla görüşü baş tutub, xatirələri bölüşülüb və təqdim edilən kitab barədə fikirləri dinlənilib. 

 

Mərasimdən sonra kitabın müəllifi tərəfindən imzalama mərasimi təşkil edilib. Həmçinin, qonaqlara Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə paytaxtımızda inşa edilən bir sıra binaların #memarlıq xüsusiyyətləri ilə canlı tanış olmaq imkanı yaradılıb, onların tikintisində Heydər Əliyevin rolu barədə ətraflı məlumat verilib.

 



Bütün xəbərlər