Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Ümummilli liderin 100 illiyi münasibəti ilə paytaxtda ağacəkmə aksiyası keçirildi
Ümummilli liderin 100 illiyi münasibəti ilə paytaxtda ağacəkmə aksiyası keçirildi

29 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca yaxın günlərdə aparılacaq “Heydər Əliyev ili”nə həsr edilmiş silsilə yaşıllaşdırma tədbirləri çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib. 

 

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, habelə struktur bölmələrin işçi heyəti iştirak edib. 

 

Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib, onlara qulluq göstərilməsi üçün suvarma məsələləri öz həllini tapıb və cavabdeh şəxslər müəyyənləşib. Yaz mövsümü ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

 

Şəhərsalma siyasətinin əsas prioritetlərindən olan ekoloji tarazlığın qorunması üçün yaşıllıqların salınması olduqca böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyət illərində Respublikada böyük sayda müxtəlif yaşıl ərazilər, parklar yaradılıb. Ümummilli liderin bu məsələyə ayırdığı xüsusi diqqət və qayğı ölkəmizin hər bir vətəndaşına məlumdur. Həmin siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək şəhərlərimizin yaşıllaşdırılması, ətraf mühitin mühafizəsi sahələrində daimi olaraq çoxsaylı tədbirlər və layihələr həyata keçirilməkdədir. 



Bütün xəbərlər