Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

10 aprel - İnşaatçılar Günü ilə əlaqədar Komitə sədrinin təbriki
10 aprel - İnşaatçılar Günü ilə əlaqədar Komitə sədrinin təbriki

Əziz həmkarlar! 
 

Bu gün hamımız üçün önəmli bir bayram - İnşaatçılar Günüdür. Danılmaz həqiqətdir ki, qədim tarixə, zəngin maddi və mənəvi mədəniyyətə malik Azərbaycan xalqının inşaat və memarlıq sahəsində qazandığı nailiyyətlər onun milli sərvətidir. Özünəməxsus inkişaf yolu keçmiş bu sahələr müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi, təbiətlə ahəngdarlığın qorunmasını həmişə diqqətdə saxlanılmaqla bu gün də sürətlə inkişaf edir. 

 

Tariximizə nəzər yetirsək, qədim ənənələr üzərində formalaşaraq X-XII əsrlərdə Azərbaycanda aralarında ümumi üslub yaxınlığı olan, sonrakı illər üçün bir nümunə hesab edilən Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəblərini xüsusilə vurğulamalıyıq. Yüzilliklər boyu özündən öncəki ustadların qazandıqları bilikləri gənc nəsilə ötürən dahi memar və inşaatçılar öz ustalıqları, yenilikləri, kəşfləri və yeni nailiyyətləri ilə hər zaman xalqımızın, eyni zamanda dünya mədəniyyətinin inkişafına da özünməxsus töhfələr vermişlər.  
 

Müasir Azərbaycanın qurucusu və banisi, dahi Ümummilli lider Heydər Əliyev milli mədəniyyətin aparıcı tərkib hissələrindən olan memarlıq və inşaat sahəsini hər zaman xüsusi qiymətləndirmiş, işin peşəkarlarına daim diqqət və qayğı ilə yanaşmışdır. Bu uzaqgörən siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu səhədə zamanın tələbi olan daimi islahatların aparılması nəticəsində bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ölkədə inşaat sektorunun sürətlə inkişaf etməsi, bu sahəyə dair dövlət siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin edir. Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı altında son illər ərzində əvəzsiz töhfəniz və səyləriniz sayəsində şəhərsalma, ərazi planlaşdırılması və memarlıq istiqamətində böyük irəliləyişlər əldə edilmişdir.
 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində bu gün 30 ilə yaxın mənfur düşmən tərəfindən dağıdılmış Qarabağımızın və Şərgi Zəngəzurumuzun doğma şəhər, qəsəbə və kəndlərinə "Böyük Qayıdış" şüarı altında həyat qayıtmaqdadır. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad edilmiş torpağlarımızda bu gün milli özəlliklər nəzərə alınmaqla qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma və quruculuq işləri həyata keçirilir. 

 

Şübhəsiz ki, Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik tikinti sektorunun inkişaf etdirilməsində, qısa müddət ərzində müxtəlif bölgələrdə bu dərəcədə genişmiqyaslı işlərin paralel həyata keçirilməsində yüksək ixtisaslı layihəçi, inşaatçı, memar və mühəndislərin əməyi əvəzolunmazdır. 

 

Fürsətdən istifadə edərək, günü-gündən çiçəklənən ölkəmizin inkişafı naminə peşəkar fəaliyyətinizə görə Sizə səmimi qəlbdən təşəkkür edir, işlərinizdə və əmək fəaliyyətinizdə yeni yaradıcılıq uğurları və bir-birindən yüksək nailiyyətlər arzulayıram.
 

Hörmətlə,

 

Anar Quliyev
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri



Bütün xəbərlər