Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • “Caspian European Club”ın növbəti biznes-forumu çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komi...
“Caspian European Club”ın növbəti biznes-forumu çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri klub üzvləri ilə görüşdü
“Caspian European Club”ın növbəti biznes-forumu çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri klub üzvləri ilə görüşdü

 

2 iyul 2019-cu il tarixində “Holiday Inn” otelində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Caspian European Club” ilə birlikdə təşkil etdiyi biznes-forum keçirildi. Biznes-forum şəhərsalma və memarlıq sahəsində siyasətin prioritetləri, dövlət-özəl sektor münasibətləri, əməkdaşlıq imkanları və perspektivlərinə həsr edildi.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin 150-yə yaxın şirkət, səfirlik və beynəlxalq təşkilatın rəhbərləri və nümayəndələri ilə görüşü çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı.

Samir Nuriyev tədbirdə çıxış edərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi və xüsusi vurğuladı ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Komitə sədri, bildirdi ki, ölkə başçısının Komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri şəhərsalma prosesinin planlı, sistemli və qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsidir.

Böyük sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun mühüm rol oynadığını qeyd edən Samir Nuriyev, son bir il ərzində artıq 3-cü dəfədir ki, müxtəlif platformalarda klub üzvləri ilə görüşdüyündən, konstruktiv və məhsuldar müzakirələrin aparılmasından məmnunluğunu ifadə etdi. Bildirildi ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi fəaliyyətində biznes ilə dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ həllərin tətbiqi məsələlərini daim gündəmdə saxlayır. Paytaxt Bakının və ölkənin digər şəhərlərinin ərazi planlaşdırılması sənədlərinin hazırlanması, dövlət şəhərsalma nəzarətinin təşkili ilə yanaşı, Komitənin tikintiyə və istismara icazələrin verilməsi sahəsində işinin rəqəmsallaşdırılması, “Bir pəncərə” prinsipi ilə çalışan elektron portalın istifadəyə verilməsi, sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan miqyaslı layihələr bunun əyani sübutudur.

Sonra “Caspian European Club”ın baş icraçı direktoru və sədrinin birinci müavini Telman Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə ətraflı çıxışına, biznes ilə dialoqa, həmçinin klub üzvlərinin təkliflərinə göstərilən diqqətə görə minnətdarlığını bildirib, ona klubun fəxri üzvü sertifikatını təqdim etdi. Biznes-forum klub üzvlərinin Komitə sədrinə ünvanladığı çoxsaylı suallar ətrafında geniş müzakirələrlə davam etdi.

2002-ci ilin iyun ayında “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edilən “Caspian European Club” dünyanın 70 ölkəsindən 5000-dən çox şirkət və təşkilatı öz sıralarında birləşdirir. “Caspian European Club”un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. 

 



Bütün xəbərlər