Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları arasında şahmat turniri keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları arasında şahmat turniri keçirilib

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və tabeliyində olan təşkilatların əməkdaşları arasında şahmat turniri keçirilmişdir. Qurumun Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutmuş bu tədbirin məqsədlərindən biri işçilərin məntiqi təfəkkürünün, sistemli düşüncə tərzinin, həmçinin yaradıcılıq və məqsədyönlülük qabiliyyətinin inkişaf etdirilməsinə dəstək göstərməkdir.

9 turdan ibarət yarış Azərbaycan Şahmat Federasiyasının peşəkar hakimi  tərəfindən idarə edilib. Eyni zamanda, turnirdə qonaq qismində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin də nümayəndəsi iştirak edib. Turnirin nəticələrinə əsasən ilk 3 yerdə qərarlaşan qaliblər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən fəxri diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Azərbaycan Respublikası Prezidentinin 25.05.2006-cı il tarixli müvafiq Sərəncamına əsasən, ölkədə demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alaraq, 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.



Bütün xəbərlər