Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkd...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edib

2021-ci ildə Azərbaycanda Şuranın 42-ci iclasının, habelə “Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfransın və memarlıq müsabiqəsinin təşkili planlaşdırılır.
    

 

 

3 noyabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti 40-cı iclası şuraya hazırda sədrlik edən Özbəkistanın Tikinti Nazirliyi tərəfindən Daşkənd şəhərində videokonfrans formatında təşkil edildi. Azərbaycan Respublikası adından Şura üzvü olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iclasda Komitənin sədr müavini Dövlətxan Dövlətxanov və digər vəzifəli şəxsləri tərəfindən təmsil olundu.
İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaların, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi, Müstəqil Dövlətlər Birliyinin 2021-ci ildə qeyd olunacaq 30 illik yubileyinə həsr olunacaq tədbirlər və digər müştərək həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparıldı, müvafiq qərarlar verildi.
Bununla yanaşı, iclas çərçivəsində MDB üzv-dövlətləri tərəfindən 2021-ci ilin “Memarlıq və şəhərsalma ili” kimi qeyd olunacağı ilə əlaqədar tədbirlər planı da müzakirə edilmişdir. Plana əsasən gələn il Azərbaycanda “MDB məkanında şəhərsalma sahəsində nailiyyətlər, problemlər və mövcud trendlər” mövzusunda elmi-praktiki konfransın və “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi”nin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclasının da 2021-ci ildə Azərbaycanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə keçirilməsi planlaşdırılır.
 

MDB-nin üzv-dövlətlərinin Tikinti Fəaliyyəti ilə bağlı Əməkdaşlığı üzrə Hökumətlərarası Şura Birliyə daxil olan ölkələrdə tikinti sahəsində razılaşdırılmış siyasətin formalaşdırılması, inşaat sektorunun dayanıqlı inkişafının təmin olunması üçün aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətinin təşkili məqsədilə 1994-cü ildə yaradılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən Hökumətlərarası Şuranın üzvüdür. Şuranın fəaliyyəti əsasən tikinti sahəsində əməkaşlığın inkişaf etdirilməsini, o cümlədən tikintidə mühəndis tədqiqatlarının aparılması, layihələndirmə, şəhərsalma sənədlərinin işlənməsi, memarlıq fəaliyyəti, inşaat materiallarının istehsalı, tikintinin təşkili və s. bu kimi istiqamətləri əhatə edir.



Bütün xəbərlər