Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Azərbaycan “yaşıl” tikinti sahəsində yeni təcrübə qazanır
Azərbaycan “yaşıl” tikinti sahəsində yeni təcrübə qazanır

11 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda yaşıl bina təşəbbüsü” mövzusunda seminar keçirilib.

 

Tikinti sahəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov və BMK-nın nümayəndəsi Leyla Hüseynli çıxışlarında tikintidə ekoloji standartların tətbiqinin əhəmiyyətini və “yaşıl bina” təşəbbüsünün Azərbaycanda uğurla həyata keçirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.

 

Seminarda “yaşıl” tikinti sahəsində müasir innovasiyaların, sertifikatlaşdırma sistemlərinin və ekoloji tikinti layihələrinin həyata keçirilməsi və bununla bağlı maliyyələşdirmə imkanları, dünyada bu sahədə qabaqcıl təcrübə barədə BMK-nın ekspertləri tərəfindən məlumat verilib. Sonda təqdim olunan məlumatlarla tanış olan iştirakçılar bu təcrübələrin Azərbaycanın tikinti sektorunda tətbiqi ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.



Все новости