Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb
Komitə sədri BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru ilə görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax ilə görüşüb.

 

Görüşdə 2022 və 2023-cü illərdə təşkil olunmuş 1-ci və 2-ci Azərbaycan Milli Şəhərsalma Forumlarından başlayaraq, regionda dayanıqlı şəhərlərin inkişafına dəstək verən platformanın yaradılması ilə nəticələnən BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

 

Anar Quliyev görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) tarixlərinin dəqiqləşdiyini və mayın 18-dən 22-dək baş tutacağını elan edib.

 

Eyni zamanda dayanıqlı şəhərsalma sahəsində birgə təşəbbüslər və bu istiqamətdə gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.



Все новости