Komitə sədri Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin rəhbəri, Ər-Riyad şəhərinin meri ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Forum çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin rəhbəri, Ər-Riyad şəhərinin meri Əlahəzrət Şahzadə Faysal bin Əbdüləziz bin Əyyafla da məhsuldar görüş keçirib. Görüş zamanı şəhərsalmada müasir innovasiyaların tətbiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Anar Quliyev paytaxt merini noyabrın 20-də Bakıda keçiriləcək COP29-un Şəhərsalma Gününə və Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi WUF13-ə dəvət edib.
Все новости