Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib
Əlaqələndirmə Qərargahının növbəti iclası Kəlbəcər şəhərində keçirilib

25 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Kəlbəcər şəhərində növbəti iclası keçirilib.

 

İclasda çıxış edən Samir Nuriyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Böyük Qayıdış proqramına əsasən işğaldan azad edilmiş ərazilərin hərtərəfli inkişafına nail olmaq məqsədilə bütün prioritet istiqamətlər üzrə çoxşaxəli işlər görüldüyünü bildirib. O, dayanıqlı məskunlaşmanın təmin olunması üçün keçmiş məcburi köçkünlərin məşğulluğunun və davamlı iqtisadi fəallığının təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.

 

Səfər çərçivəsində Kəlbəcər rayonunun ərazisində görülmüş müvafiq işlərlə tanışlıq olub. İclasın sonunda isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlaqələndirmə Qərargahı qarşısında qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.



Все новости