Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə növbəti “Karyera Sərgisi”ndə iştirak edib
Komitə növbəti “Karyera Sərgisi”ndə iştirak edib

Karyera sərgilərində iştirakı ənənəyə çevirən Komitə tələbə və məzunlara dəstək məqsədilə ölkəmizdə 2 aprel 2024-cü ildə təşkil olunan “Karyera Sərgisi”nə qatılıb.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan və bilik-bacarıqlarına uyğun iş axtaran gənclərə dəstək məqsədilə təşkil olunan sərgidə məqsəd ölkədə məşğulluğu artırmaq, iş axtaranlarla işəgötürənlər arasında qarşılıqlı-faydalı əlaqə yaratmaqdır.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də öz növbəsində gənc mütəxəssislərin uğurlu karyera planları istiqamətində proseslərə cəlb olunması, eləcə də onların peşəkar potensialının inkişafı üçün əlverişli mühitin yaradılması və təcrübə mübadiləsinin təmin olunması üçün dəstək verməkdə davam edir. 



Все новости