Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Azərbaycanda "yaşıl bina"ların inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq
Azərbaycanda "yaşıl bina"ların inkişafı üzrə Yol Xəritəsi hazırlanacaq

30 sentyabr 2024-cü il tarixində Bakı İqlim Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Azərbaycanda yaşıl binaların inkişaf konsepsiyasına dair Yol Xəritəsinin hazırlanması üçün əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova imzalayıblar.

 

Memorandumda tərəflər arasında “yaşıl bina”ların inkişafı üzrə yol xəritəsinin hazırlanmasına yönəlmiş əməkdaşlığın qurulması, ekoloji və təmiz tikinti sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi üçün birgə fəaliyyət istiqamətlərinin formalaşdırılması nəzərdə tutulub. Əsas vəzifələr yol xəritəsinin icrası üçün tələb olunan bütün zəruri resursların dəqiq müəyyənləşdirilməsi və icra mexanizmlərini əhatə edir.

 

Sənədə əsasən, Azərbaycanda “yaşıl tikinti” prinsiplərinin təşviqi üçün səmərəli vasitələrin yaradılması gözlənilir ki, bu da tikinti sektorunun ətraf mühitə mənfi təsirinin və CO2 tullantılarının azalmasına töhfə verəcəkdir.



Все новости